UNEC-in dosentləri Türkiyənin Hacettepe Universitetində keçirilən Azərbaycan Milli Qida Texnologiyaları Platformasının VI iclasında iştirak ediblər.
QHT.az xəbər verir ki, tədbirinməqsədi qida sənayesi və mühəndisliyi sahəsində universitetlərlə sənaye arasında əməkdaşlığı gücləndirmək və innovativ elmi tədqiqatları təşviq etmək olub.
Laboratoriyaların İşinin Təşkili Mərkəzinin direktoru, dosent Ramil Sadıqov və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Azər Hüseynov Hacettepe Universitetinin Qida mühəndisliyi proqramının rəhbəri, professor Ali Topcu ilə elmi və akademik əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Səfər çərçivəsində müasir laboratoriyalarla tanışlıq olub, birgə təlimlərin və beynəlxalq layihələrin həyata keçirilməsi planlaşdırılıb. Həmçinin tədris proqramlarının sənayenin tələblərinə uyğunlaşdırılması və tələbə-müəllim mübadiləsinin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.