Xəbər verdiyimiz kimi, ABŞ-nin vitse-prezidenti C.D. Vensin həyat yoldaşı Uşa Venslə Bakıda çəkilmiş səmimi fotosu gündəm olmuşdu.
NOCOMMENT.az xəbər verir ki, sözügedən fotonun kadrarxası bəlli olub. Belə ki, rəsmi qarşılanmadan sonra avtomobilinə tərəf gedən Vens həyat yoldaşı ilə ayrı-ayrı xidməti maşınlara əyləşəcəyi üçün onu yanağından öpərək ayrılır.
Qeyd edək ki, “Röyters”in lentə alındığı bu görüntü “günün şəkli” kimi dəyərləndirilib. /unikal/