ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens mərhum maliyyəçi Ceffri Epşteynlə bağlı diqqətçəkən açıqlama verib.
KONKRET.az xəbər verir ki, o bildirib ki, Epşteyn ABŞ prezidenti Donald Trampdan nifrət edib.
Vensin sözlərinə görə, Epşteynlə bağlı sənədlərin ictimailəşdirilməsinə icazə verən şəxs məhz Donald Tramp olub:
“Bu sənədlərin dərc olunmasına faktiki olaraq kim icazə verdi? Bu, Donald Tramp idi. Aydındır ki, Epşteyn Trampdan nifrət edirdi, Trampın isə Epşteynə vecinə deyildi. Dünyanın ən pis insanlarından biri səni pis adam hesab edirsə, bu, sənin haqqında yaxşı nəsə demirmi? Məncə, bu, Tramp barədə müsbət fikir formalaşdırır”.
Vens bildirib ki, Trampın bu mövqeyi onun Epşteynlə heç bir yaxın əlaqəsinin olmadığını və məsələ ilə bağlı şəffaflığa üstünlük verdiyini göstərir. Onun fikrincə, bu fakt Trampın imicinə müsbət təsir edir və keçmiş prezidentin qalmaqallı fiqurlardan uzaq durduğunu sübut edir.
Qeyd edək ki, Ceffri Epşteynin adı uzun illərdir ABŞ-də böyük qalmaqallarla, cinsi istismar və insan alveri ittihamları ilə hallanır. Onun işi ilə bağlı sənədlərin ictimailəşdirilməsi isə ölkədə ciddi rezonans doğurub.
Natiq Səlim,
KONKRET.az