Bəzi insanlar ölərkən həkimlərin onların öldüyünü elan etdiyini eşidə bilirlər.
Milli.Az-ın məlumatına görə, bu nəticəyə Britaniyanın "Mirror" nəşrində dərc olunan doktor Sem Parnianın rəhbərlik etdiyi alim qrupu gəlib.
Tədqiqatçılar ürəyi dayanmış xəstələr üzərində apardıqları eksperimentlərdən məlum edib ki, həmin an və bir müddət sonra onların şüuru fəaliyyətini davam etdirir və ətrafdakıların sözlərini eşidə bilirlər.
Parnia bildirib ki, ölüm ürəyin tam dayanması ilə qeydə alınsa da, beyin qısa müddət işləməyə davam edə bilər.
Alimlər eksperimentlərini daha geniş miqyasda davam etdirəcəklər.
Asya
Milli.Az