
Taylandın Sonqkhla əyalətinin Hat Yay şəhərində bir məktəbə basqın edərək müəllim və şagirdləri girov götürən şəxs saxlanılıb.
"Bangkok Post" qəzetinin verdiyi məlumata görə, Tayland Mərkəzi İstintaq Bürosu məktəbə hücum edən silahlı şəxsin polis tərəfindən gözaltına alındığını açıqlayıb. Yerli mətbuatda yer alan xəbərlərdə hücum zamanı yaralanan məktəb direktorunun xəstəxanaya çatdırılsa da, həyatını itirdiyi bildirilib.
Polis 19 yaşlı hücumçunun dərslərin bitməsinə az qalmış məktəbə daxil olduğunu və bəzi müəllimlərlə şagirdləri girov götürdüyünü qeyd edib.