ain.az, GlobalInfo saytına istinadən bildirir.

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edib.
Globalinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan hökumət başçısını qəbul edib.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Kiriakos Mitsotakis Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasına qatılacaq.
Bildirilib ki, iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, iki qonşu ölkə arasında əməkdaşlığın inkişaf imkanları müzakirə olunacaq.
Eyni zamanda, ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal proseslər barədə fikir mübadiləsi aparılacaq, bır sıra sənədlər imzalanacaq.
Sonda birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.