Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 11 fevral, AZƏRTAC
"Yazarlar" jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə hər il həyata keçirdiyi "25 yarpaq" layihəsi çərçivəsində 2026-cı il üçün Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin "Özgə dünya" povesti ayrıca kitab şəklində çap olunub.
AZƏRTAC xəbər verir ki, tələbə tağımının komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun doğum günü fevralın 22-si olduğuna görə hər il fevral ayında bu layihə çərçivəsində bir kitab nəşr olunub oxuculara təqdim edilir.
Kitabın redaktoru Gülü - Gülüzə Mustafayeva, naşiri Tuncay Şəhrili, layihə rəhbəri isə "Yazarlar" jurnalının baş redaktoru Zaur Ustacdır.
Kitab ölkənin əsas kitabxanalarına hədiyyə olunmaqla yanaşı, bir neçə stabil platforma üzərindən elektron kitab formasında da yayımlanır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.