Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Azər Şükürov 11 fevral 1994-cü ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub.
QHT.az xəbər verir ki, o 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub və 2020-ci ilin Tovuz döyüşlərindən sonra başlanan hərbi-təlim toplantılarına çağırılıb. O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 22 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Azər Şükürov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad, xatirəsi əbədi olsun!