AZ

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

Avropa Şurasının Nazirlər Komitəsi təşkilatın sabiq baş katibi Turbyorn Yaqlandın toxunulmazlığının ləğvi barədə qərar qəbul edib.

Publika.az Avropa Şurasının saytına istinadən xəbər verir ki, bu qərar Norveç hakimiyyətinin Yaqlanda qarşı korrupsiya ittihamları irəli sürməsi fonunda verilib.

Norveç hökuməti AŞ-yə müraciət edərək Yaqlandın istintaqa cəlb olunması üçün toxunulmazlığının ləğvini xahiş edib.

Yaqlandın adı maliyyəçi Ceffri Epşteyn barədə açılan cinayət işində hallanıb.

Seçilən
45
publika.az

1Mənbələr