Audiovizual Şuranın iclası keçirilmiş, 2 yeni lisenziyaverilmişdir
Bakı. Trend:
11 fevral 2026-cı il tarixində Azərbaycan RespublikasıAudiovizual Şurasının iclası keçirilib. İclasda lisenziya üçünmüraciətlərə baxılıb.
Trend bu barədəşuraya istinadən xəbər verir.
Bildirilib ki, təqdim olunmuş sənədlərin və iqtisadiəsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışınnəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişliyayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox"olmaqla) verilməsi haqqında qərar qəbul edilib.
İclasda həmçinin, "Mahnı" MMC-nin lisenziya alınması üçünmüraciəti müzakirə olunmuşdur. Ərizəçinin sənədlərinə, iqtisadiəsaslandırmasına, habelə texniki və proqram təminatına baxışınnəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platformayayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla)lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.
İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqiformasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığımüraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçünverilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidənrəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir.