AZ

Madaqaskarda "Gezani" siklonu səbəbindən 20 nəfər ölüb

Madaqaskarda "Gezani" siklonu səbəbindən 20 nəfər həlak olub, 33 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə ada dövlətin Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bürosunun məlumatında deyilir.

Episentrdə küləyin sürəti 250 km/saata çatan siklon paytaxtdan sonra ölkənin ikinci böyük şəhəri və əsas limanı olan Tuamasinanın 80 %-dən çoxunu dağıdıb.

Siklon artıq Madaqaskar ərazisini tərk edərək Mozambik boğazına keçib. Fəlakətdən zərər çəkənlərin sayı və dəyən ziyanın hesablanması davam edir.

Seçilən
15
far.az

1Mənbələr