AZ

Türkiyəli məşhurların menecerinə ağır cəza verildi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə “Gezi Parkı hadisələri” ilə əlaqədar açılan cinayət işi çərçivəsində menecer Ayşe Barım Türkiyə hökumətini devirməyə cəhdə yardım etməkdə ittiham olunaraq 12 il 6 ay müddətinə həbsə məhkum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.

Prokurorluğun hazırladığı iddianamədə Barımın Gezi Parkı prosesində bəzi tanınmış şəxslərlə əlaqə saxladığı, rəhbərlik etdiyi şirkətə bağlı sənətçiləri aksiyalara yönləndirdiyi iddia olunurdu.

Müdafiə tərəfi isə ittihamların konkret və birbaşa sübutlara əsaslanmadığını bildirib və bəraət tələb edib.

Qeyd edək ki, Ayşe Barım türkiyəli Halit Ergenç, Bergüzar Korel, Hazal Kaya, Serenay Sarıkaya, Belçim Bilgin, Nejat İşler kimi məşhur sənətçilərin meneceri olub.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
globalinfo.az

1Mənbələr