Azərbaycan Xarici İşlər Nazirliyi Kanadaya başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.
"Kanadanın Tumbler Ridge şəhərində baş verən faciəli məktəb atışması bizi dərin kədərləndirir. Bu çətin dövrdə qurbanların ailələrinə və yaxınlarına, eləcə də Kanada hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Düşüncələrimiz yaralılarladır və onlara tez və tam sağalmalarını arzulayırıq".