AZ

İlham Əliyev: Ümid edirəm ki, bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber optik kabelin çəkilişi bu il başa çatacaq

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və Azərbaycan elektrik enerjisinin bir qismini ixrac edəcək.

Bunu Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, data mərkəzlərinin yaradılması da böyük enerji güclərini tələb edir:

"Fiber-optik bağlantılarla əlaqədar qeyd etdiyim kimi, enerji infrastrukturunun yanında bu kabellər də çəkilib. Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki, bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik".

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
4
cebheinfo.az

6Mənbələr