ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Son illərdə inkişaf etmiş alətlər və yeni yanaşmalar müharibə taktikalarını əsaslı şəkildə dəyişib. Hədəflərin müəyyənləşdirilməsi və planlaşdırma prosesi əvvəlkindən daha çevik və dəqiq olub. Modern texnologiyalardan düzgün istifadə döyüşlərin nəticəsini öncədən müəyyən etməyə imkan yaradır. Məsələ ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov Demokrat.az-a bildirib ki, dünyada texnologiya kökündən dəyişib: "Sovet dövründə pilotsuz uçuş aparatları olmayıb. Süni zəkanın inkişafı Sovet dövründə yox idi. İşlər gedirdi, lakin tam inkişaf etməmişdi. Bu gün hərbi, iqtisadi və strateji baxımdan texnologiyalar kökündən dəyişib və hər sahəni əhatə edir. Söhbət strateji obyektləri müəyyənləşdirməkdən gedir və bu artıq o qədər də çətin deyil. Müharibələr zamanı yerlərin və silahların yerləşməsini müəyyən etmək asandır. Kəşfiyyat, pilotsuz uçuş aparatları, döyüş və kəşfiyyat puaları bu prosesdə mühüm rol oynayır".O bildirib ki, bütün bunlar yeni texnologiyalardan irəli gəlir:"Hava hücumuna müdafiə sistemləri bəzi pilotsuz uçuş aparatlarının yerini müəyyən edə bilmir. Peyklər vasitəsilə dünya üzrə əraziləri izləmək mümkündür və Azərbaycanında öz peykləri var.
Azərbaycanda peyklər düşmənin və ya yaxın qonşunun, eləcə də hər hansı ərazidə silahların yerini müəyyən etməkdə heç bir çətinlik yaratmır. Ona görə də döyüşdə əsas amil kəşfiyyat məlumatlarıdır. Süni intellekt bu məlumatların toplanması və təhlilində mühüm rol oynayır".Ekspertin sözlərinə görə, müasir müharibə aparmaq asan deyil, amma texnologiya üstünlük yaradır:"2020-ci ildə 44 günlük müharibədə pilotsuz aparatların istifadəsi böyük kömək oldu. Düşmənin hədəflərini, hava hücumuna müdafiə sistemlərini və dislokasiya yerlərini müəyyən etmək çətin deyildi. Müasir silahlardan istifadə nəticəsində qısa müddətdə üstünlük əldə edildi. Qarşı tərəf müxtəlif silahlarla təmin olunsa da, bu üstünlük nəticəyə təsir etdi. S-300 kimi sistemlər peyk və pilotsuz vasitələrlə tez aşkarlanıb məhv edildi. Ən əsası isə insan faktorudur. Pilotsuz və peyk vasitələri hədəfi göstərir, qələbəni isə hərbçilər müəyyən edir. Hərbi qulluqçular hər cəhətdən hazırlıqlı olmalıdır, döyüş qabiliyyətinə malik olmalı və hədəfləri məhv etməlidirlər".O deyib ki, ona görə tək süni intellekt yox, həm də insan resursu və hazırlıq vacibdir:"Bu gün Rusiyada Ukrayna-Rusiya müharibəsində Rusiya uzun müddətdir müharibə aparır, amma kiçik bir ərazini işğal edə bilmir. Çünki onların döyüş qabiliyyəti aşağı səviyyədədir. İnsanlardan kütləvi istifadə olunmasına baxmayaraq, artıq döyüş qabiliyyəti olmadığından Ukraynanı işğal edə bilmirlər. Azərbaycanda isə Silahlı Qüvvələr həm müasir silahlarla təmin olunub, həm də kəşfiyyat məlumatlarını dəqiq əldə edib.Ekspert bildirib ki, onların sayəsində biz 30 ildən sonra böyük ərazini tam şəkildə düşməndən azad edib ərazi bütövlüyümüzü bərpa etdik:"Müasir silah və müharibə sistemi ilə süni intellekt vacib rol oynayır. Süni zəkanın inkişafı strateji obyektləri tez aşkarlamağa imkan verir, peyk və kəşfiyyat vasitələrindən istifadə ilə. Bu, ordular üçün böyük stimuldur və göstərir ki, savaşlar hansı tərəfin güclü olduğunu ortaya qoyur. Azərbaycanda nümunəvi qələbə müasir müharibənin süni intellekt və texnologiyadan istifadəsi ilə mümkün oldu. Ukrayna ordusu isə bu texnologiyaları tam istifadə edə bilmir. Onlar kəşfiyyat məlumatlarını ABŞ və Avropadan alır, lakin öz müasir silahları yoxdur. "Bayraktar" həm Ukraynada, həm Azərbaycanda istifadə olundu. Azərbaycanda onların effektivliyi göründü və qələbə təmin olundu".O deyib ki, Ukrayna ordusunda isə TB2-lərin istifadəsi nəticə vermir. "Bunun səbəbi hərbi qulluqçuların aşağı hazırlıq səviyyəsidir. Müasir savaşlar və gələcəkdəki proseslər daha da inkişaf edir. Biz də dünyanın bir hissəsi olaraq müasir silahlardan istifadə edirik, alırıq və inkişafımız davam edir. Strateji vəziyyət hər gün dəyişir, buna görə imkanlardan səmərəli istifadə vacibdir. Yeni silah aşkarlanırsa, onu əldə edib tətbiq etməliyik ki, gələcək təhlükəsizliyimizi təmin edək. Düşmənə qarşı tədbirlər vaxtında görülməlidir. Kəşfiyyat məlumatları olmadan digər silahların effektivliyi azdır. Bu istiqamətdə addım atan dövlətlərdən biri də Azərbaycandır".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.