AZ

Ermənilər Vensi aldadıb ABŞ vitse prezidenti qondarma soyqırımı paylaşımını niyə sildi?

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin İrəvanda qondarma soyqırıma həsr olunan kompleksi ziyarət etməsi və bu səfərlə bağlı sosial şəbəkədə etdiyi paylaşımı sonradan silməsi, Vaşinqtonda və regionda ciddi suallar doğurub.

Bakupost.az xəbər verir ki, hadisə ABŞ administrasiyasının rəsmi mövqeyi ilə ziddiyyət təşkil edən terminologiyanın paylaşımda yer alması fonunda baş verib.Vens həyat yoldaşı Uşa ilə birlikdə Osmanlı imperiyası dövründə guya ermənilərin kütləvi şəkildə öldürülməsinə həsr olunmuş kompleksi ziyarət etdikdən sonra “X” hesabında 1915-ci il “erməni soyqırımı qurbanları”nın xatirəsini yad etdiyini bildirən paylaşım edib. Lakin bir müddət sonra bu paylaşım silinib.Daha sonra Vensin hesabında vitse-prezidentin mətbuat katibi Teylor Van Kirkin paylaşımı repost edilib. Yeni paylaşımda Vensin “Ermənistana səfərinin son günündə əbədi məşələ gül qoyduğu və qonaq kitabına qeyd yazdığı” bildirilsə də, kompleksin nəyə həsr olunduğu qəsdən bildirilməyib.ABŞ administrasiyasına yaxın mənbələrin bildirdiyinə görə, ilkin paylaşım Vensin səfərdə olmayan əməkdaşlarından biri tərəfindən yerləşdirilib və ABŞ-ın hazırkı rəsmi ritorikasına uyğun gəlmədiyi üçün geri çəkilib. Məhz bu məqam, erməni tərəfinin ziyarəti əvvəlcədən siyasi məna yüklənmiş formada təqdim etməyə çalışdığına dair ehtimalları gücləndirib.Jurnalistlərin suallarını cavablandıran Vens özü də diqqətçəkən şəkildə “soyqırımı” terminindən yayınaraq bildirib ki, oranı ziyarət etməsi erməni hakimiyyətinin birbaşa xahişi ilə baş tutub.

“Bizə dedilər ki, bu məkana baş çəkmək onlar üçün çox vacibdir”, – deyə vitse-prezident qeyd edib.Bu açıqlama, səfərin ABŞ tərəfinin planlaşdırılmış siyasi mövqeyindən daha çox, ev sahibi ölkənin təqdim etdiyi çərçivə daxilində həyata keçirildiyini göstərir. Nəticədə Vensin sosial şəbəkə paylaşımı ABŞ-ın rəsmi xəttindən kənara çıxıb və sonradan düzəliş edilməli olub.Hadisə erməni diasporu və bir sıra təşkilatlar tərəfindən sərt tənqid olunub. Onlar paylaşımın silinməsini “geri addım” kimi qiymətləndirərək ABŞ administrasiyasını Türkiyənin təzyiqi altında davranmaqda ittiham ediblər. Digər tərəfdən, Vaşinqtonun rəsmi dairələri bu məsələni texniki və protokol səhvi kimi təqdim etməyə çalışır.Qeyd edək ki, 2021-ci ildə Co Bayden 1915–1923-cü illər hadisələrini “soyqırımı” adlandırsa da, Donald Tramp administrasiyasının hakimiyyətə qayıdışından sonra ABŞ-ın rəsmi qurumları bu terminologiyadan açıq şəkildə istifadə etməkdən yayınır. Bu baxımdan, Vensin İrəvandakı paylaşımı ABŞ-ın mövcud siyasi xətti ilə uzlaşmayan nadir epizodlardan biri kimi dəyərləndirilir.İrəvandan sonra Vens səfərini davam etdirərək Azərbaycana yollanıb.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
www.bakupost.az

1Mənbələr