Bakı.Trend:
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrininiştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları”keçirilib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçiriləngörüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti vəinkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraqdoğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ciil üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərinimplementasiyasından məmnunluq ifadə edilib.
Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə SerbiyaRespublikasının Müdafiə Nazirliyi arasında 2026-cı il üçünikitərəfli hərbi əməkdaşlıq Planı” imzalanıb.