Karyerasını ABŞ-də davam etdirəcək Azərbaycan millisinin üzvü Nəriman Axundzadə “Qarabağ”la vidalaşıb.
90deqiqe.Az xəbər verir ki, “Kolambus Kryu”ya transfer olunan 21 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edərək Ağdam klubuna təşəkkürünü bildirib. O, “Çox sağ ol, böyük ‘Qarabağ’ ailəsi” sözlərini yazıb.
Qeyd edək ki, gənc forvardın MLS təmsilçisi ilə imzaladığı müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.