AZ

"Övladlarımı zorla əlimdən alıblar, uşaqlıqlarını GÖRƏ BİLMƏDİM"

Müğənni Sabina Selcan şəxsi həyatı ilə bağlı təsirli açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sənətçi ailə həyatı dağıldıqdan sonra övladlarından ayrı düşdüyünü və uzun illər çətin günlər yaşadığını bildirib. Onun sözlərinə görə, uşaqları bir vaxtlar zorla əlindən alınıb və onların uşaqlıq illərini görə bilməyib:

"Övladlarımı zorla əlimdən alıblar. Uşaqlıq illərini heç birgə olmadıq. Oğlumun həmin dövrünü ümumiyyətlə görməmişəm", - deyə o qeyd edib.

Sabina Selcan əlavə edib ki, uzun sürən mübarizədən sonra oğlu yenidən onun yanına qayıdıb:

"Bu gün isə oğlum yanımdadır. Özüm də qürur duyuram ki, çox uzun savaşdan sonra övladımı yanıma çəkə bildim. Nişanını da etmişəm, inşallah toyunu keçirəcəyəm", - deyə müğənni vurğulayıb".

Sənətçi qızı ilə münasibətlərindən də söz açıb və qızı ilə daha çox bacı kimi böyüdüklərini bildirib.

Müğənninin bu etirafları sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb.

Musa
Milli.Az

Seçilən
12
1
milli.az

2Mənbələr