Bu gün ölkədə texnopark rezidenti olan şirkətlərin sayı təxminən 165-ə çatıb, onlardan 10-u xarici şirkətlərdir. Bunu rəqəmsal və rabitə naziri Rəşad Nəbiyev Prezidentin keçirdiyi müşavirədə deyib.
"Bizim üçün əsas göstərici bu sahədəki ixrac rəqəmimizdir. Təəssüflər olsun ki, bu sahədə bizim ixracımız təxminən 100 milyon dollar ətrafındadır. Hesab edirik ki, Fəaliyyət Planında əksini tapmış tədbirlər həyata keçirilərsə, biz həmin 100 milyonu bir milyard və ondan da yuxarı rəqəmlərə gətirib çatdıra bilərik", - nazir bildirib.