ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Bəzi "iPhone 17 Pro" sahibləri smartfonun korpusunda, xüsusilə kamera blokunun yerləşdiyi hissədə çatların əmələ gəlməsi ilə bağlı şikayətlər etməyə başlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Paylaşılan görüntülərdən məlum olur ki, zədələr əsasən kamera modulunu metal korpusdan ayıran plastik hissələrin yerləşdiyi zonada yaranır. Həmin plastik elementlər eyni zamanda simsiz rabitə antenlərinin yerləşdirilməsi üçün istifadə olunur.
İstifadəçilər bildirirlər ki, cihazlardan diqqətlə istifadə edilib və onlar nə yerə düşüb, nə də hər hansı mexaniki zərbəyə məruz qalıb.
Qeyd olunur ki, müxtəlif cihazlarda müşahidə edilən çatlar eyni nahiyədə və oxşar formada meydana çıxır.
Mümkün səbəblər arasında metal və polimer materialların birlikdə istifadəsi göstərilir. Bu materiallar qızma zamanı fərqli reaksiyalar verə bilər. Eyni zamanda istehsal qüsuru ehtimalı da istisna edilmir. Digər versiyalar arasında isə telefonun yerə düşməsi və ya sərt qoruyucu kabro (çexol) tərəfindən yaranan nöqtəvi təzyiq göstərilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.