AZ

Tərtərdə hesabat yığıncaqları davam edir FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Rayon Elektrik Şəbəkəsi və Statistika İdarəsi ərazi partiya təşkilatlarında hesabat yığıncaqları keçirilib.Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclaslarda ərazi partiya təşkilat sədrlərinin ötən dövr ərzində görülmüş işlərə dair geniş hesabat məruzələri dinlənilib. Çıxış edən partiya üzvləri ərazi təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirərək, işləri qənaətbəxş hesab ediblər.Yığıncaqda iştirak edən YAP Tərtər rayon təşkilatının məsləhətçiləri Gündüz Alıkişiyev və Əli Paşayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlardan bəhs ediblər. Natiqlər Azərbaycanın qazandığı tarixi uğurların davamlı olacağını vurğulayaraq, yerli partiya təşkilatlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda Rayon Elektrik Şəbəkəsi və Statistika İdarəsi ərazi partiya təşkilatlarının hesabat məruzələri təsdiqlənib və 2026-cı il Tədbirlər planı qəbul edilib.

Seçilən
6
sia.az

1Mənbələr