AZ

Qiyamət günü radiostansiyası yenidən efirdə: İki şifrəli mesaj yayıldı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Qiyamət günü radiostansiyası" adı ilə tanınan "UVB-76" yenidən fəaliyyətə keçərək dörd dəqiqəlik fasilə ilə iki şifrəli mesaj ötürüb.

Oxu.Az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini monitorinq edən "UVB-76 logi" "Telegram" kanalı məlumat paylaşıb.

Yayılan məlumata əsasən, birinci mesaj fevralın 11-də, Bakı vaxtı ilə saat 10:05-də naməlum "Acroken" sözü vasitəsilə göndərilib. Dörd dəqiqə sonra, saat 10:09-da stansiya növbəti mesajını "Balıqçı" sözü ilə yayımlayıb.

Bundan əvvəlki yayım fevralın 9-da "Dilənçi" sözü ilə qeydə alınmışdı. Daha əvvəl, fevralın 5-də "UVB-76" iki mesajı ardıcıl olaraq ötürmüşdü.

Əvvəlcə "Vyunopen", ardınca isə "Sudbina" sözü səsləndirilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
oxu.az

1Mənbələr