AZ

Yaqland toxunulmazlıqdan məhrum olundu

AzVision.az xəbər verir ki, Avropa Şurasının (AŞ) mətbuat xidmətinin yaydığı məlumatda qurumun hazırkı baş katibi Alen Bersetin hələ 2025-ci ilin noyabrında mövcud vəziyyəti və faktları aydınlaşdırmaq üçün qeyri-rəsmi daxili araşdırma başlatdığı bildirilir. Həmin araşdırma yanvar ayında tamamlanıb.

AŞ-nin baş katibi vurğulayıb ki, üzv dövlətlərə Yaqlandın toxunulmazlığının dayandırılması təşəbbüsünü dəstəkləməyi tövsiyə edib. O, həmçinin Daxili Nəzarət Direktorluğuna Epşteyn qalmaqalı kontekstində AŞ-nin işində hər hansı çatışmazlıq və ya səhvlərin olub-olmadığını araşdırmağı tapşırıb.

“Daxili Nəzarət Direktorunun qərarını, habelə təhqiqatın və ya auditin nəticələrini gözləmədən mən eyni zamanda institusional təcrübələrimizin hərtərəfli nəzərdən keçirilməsinə başlayacağam”,– Alen Berset deyib.

“Epşteyn işi” Nobel Komitəsinin keçmiş sədrinidə vurdu
İstintaq çərçivəsində Norveçin İqtisadi Cinayətlər İdarəsi Torbyorn Yaqlandın AŞ-nin Baş katibi (2009–2019) və Nobel Komitəsinin sədri (2009–2015) olduğu müddətdə şübhəli faydalar, o cümlədən hədiyyələr, kreditlər və pullu səfərlər alıb-almadığını araşdıracaq.

Maraqlıdır ki, Norveç uşaqlara təcavüzdə təqsirli bilinən Epşteynlə bağlı işin milyonlarla səhifəsinin dərcinin ən böyük rezonans doğurduğu ölkələrdən biridir.

Yaqlanddan başqa, Norveçin vəliəhd şahzadəsi Mette-Marit də ciddi imic problemləri ilə üzləşib. Həmçinin Norveçin İordaniya və İraqdakı səfiri Muna Yul tutduğu vəzifədən istefa verməyə məcbur olub. Belə ki, onun Norveçlə BMT arasında nüfuzlu danışıqlar aparıcısı kimi tanınan ərinin məhrum maliyyəçinin yaxın dostu olduğu üzə çıxıb. Bu cütlük də korrupsiyada şübhəli bilinir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
31
1
azvision.az

2Mənbələr