AZ

“Barselona”nın ulduz futbolçusu sıradan çıxdı

“Barselona” İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Atletiko” ilə qarşılaşacaq.

İdmanxeber.az xəbər verir ki, Kataloniya təmsilçisi matça itki ilə çıxacaq. Markus Reşford diz zədəsinə görə Madrid səfərində komandaya kömək edə bilməyəcək. O, zədəni La Liqanın 23-cü turunda “Malyorka” ilə oyunda (3:0) alıb.

Reşford bu mövsüm 34 matçda 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
“Atletiko” – “Barselona” görüşü fevralın 12-dən 13-nə keçən gecə, saat 00:00-da başlayacaq.

Seçilən
29
4
idmanxeber.az

5Mənbələr