AZ

Stasionar müalicə: Xəstələr hansı dərmanları özü almalıdır?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müayinə üçün xəstəxanaya müraciət etdikdə  həkim tərəfindən vətəndaşlara adətən müəyyən dərmanlar təyin edilir.

Ambulator şəraitdə müalicə alan xəstələr adətən bir çox dərmanları almaq məcburiyyətindədirlər. Ancaq stasionar şəraitdə müalicə alan vətəndaşlar isə əsasən xəstəxana tərəfindən dərmanlarla təmin edilir.

Stasionar şəraitində müalicə alan xəstəyə verilən hansı dərmanlar icbari tibbi sığorta tərəfindən qarşılanmır?

Məsələ ilə bağlı İcbari Tibbi Sığortadan “Cebheinfo.az”-a bildirilib ki, stasionar şəraitdə müalicə alan xəstəyə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olduğu halda, həmin müalicə çərçivəsində xəstəxanada yatış dövründə təyin olunan dərman vasitələri də icbari tibbi sığorta hesabına qarşılanır.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr