AZ

Sürdüyü ağır yüklü traktorla əks yola çıxıb qabağa düşmək istədi, amma... VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötmə qaydasını pozan sürücünün hərəkətləri avtomobildə quraşdırılmış kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 19-da Salyan rayonu ərazisində qeydə alınıb. 12-Q-117 qeydiyyat nişanlı qoşqu ilə hərəkət edən traktor sürücüsü kobud qayda pozuntusuna yol verib.

Videodan aydın görünür ki, bir neçə traktor ardıcıl şəkildə eyni istiqamətdə hərəkət edir. Həmin sürücü isə guya yüksək sürətlə harasa tələsirmiş kimi qaydaları pozaraq ötmə manevri edir. Lakin bir qədər sonra yenidən sürətini azaldaraq asta şəkildə hərəkətini davam etdirir.

Beləliklə, etdiyi riskli manevr ona nə zaman, nə də məsafə baxımından hər hansı üstünlük qazandırmadı.

Fərid

Oxunub 150

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
avtosfer.az

1Mənbələr