AZ

Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir

“AFB Bank” yeni "Mono kart" məhsulunu təqdim edib.

Marja.az-ın məlumatına görə, kartın təqdimat mərasimində "AFB Bank"ın Pərakəndə bankçılıq mərkəzinin icraçı direktoru Pərviz Qasımov bildirib ki, "Mono kart" bazara "Sadə" və "Premium" olaraq 2 variantda təqdim edilir: ""Sadə" kartımız tamamilə pulsuzdur. "Premium" kartı isə balansa 500 manat mədaxil edilməsi şərtilə əldə etmək olar".

O qeyd edib ki, kartın  istifadə müddəti 36 aydır və müxtəlif valyutalarda təqdim edilir.

Pərviz Qasımov bildirib ki, "Mono kart" yüksək faiz gəliri təklif edir:

"Yəni müştəri öz vəsaitini manatla bu kartda saxlayaraq illik 8% gəlir əldə edə bilər. Minimum məbləğ 50 manatdır, maksimum limit isə yoxdur. ABŞ valyutasında kartda saxlanılan vəsaitə isə illik 2,5% gəlir hesablanır".

"AFB Bank"ın Pərakəndə bankçılıq mərkəzinin icraçı direktoru kart üzrə əməliyyatlar və limitlər haqqında da məlumat verib:

"AFB Bank"ın ATM-lərindən və və digər terminallardan karta vəsait mədaxil etdikdə heç bir komissiya tutulmur. İstənilən "Cash-in" aparatında karta istənilən məbləğdə mədaxil oluna bilər.

"Mono Kart" üzrə aylıq komissiyasız nağdlaşdırma limiti 15 000 manatdır. Belə ki, ay ərzində "AFB-Bank"ın bankomatlarından 10 min manatadək, ölkə daxilində, digər bankların bankomatlarından isə 5000 manatadək nağdlaşdırma etmək mümkündür.

Komissiyasız köçürmə limiti (card to card) aylıq 5000 manatdır. Digər kartlardan "Mono Kart"a mədaxil limiti isə aylıq komissiyasız 1000 manatdır". 

Pərviz Qasımov "Mono Kart"ın sərfəli keşbeklər təklif etdiyini də deyib: 

"Kartlarda kəşbek faizləri müxtəlifdir. Biz "Apple Pay" və Google Pay" üzrə daha yüksək keşbeklər təklif edirik. Müxtəlif tərəfdaşlar ilə razılaşdırılmış keşbek faizləri mövcuddur. Aylıq keşbek limiti "Sadə" kartda maksimum 100 manat, "Premium" kartda isə maksimum 150 manatdır. Bunlar da bazarda kifayət qədər rəqabətyönümlü rəqəmlərdir. Hər bir kateqoriya üzrə (market, geyim, gözəllik və s. ) keşbek limiti "Sadə" kartda aylıq 20 manat, "Premium kart"da isə aylıq 30 manat təşkil edir". 

AFB BankMono kart AFB BankAFB Bank Mono kartSadə Mono kartPremium Mono kartAFB Bank yeni kart məhsuluMono kart faiz gəliri8 faiz kart gəliri2.5 faiz dollar kart gəliriAFB Bank kart şərtləriMono kart keşbekApple Pay keşbekGoogle Pay keşbekAFB Bank kart kampaniyasıkomissiyasız mədaxil kartkomissiyasız nağdlaşdırma limitiAFB Bank bankomat limiticard to card köçürmə limitiAFB Bank kart üstünlükləriAzərbaycanda bank kartlarıMono kart istifadə müddəti36 ay kart müddətiAFB Bank pərakəndə bankçılıqMono kart cashback limitiAzərbaycanda keşbek kartları
Seçilən
13
1
marja.az

2Mənbələr