ain.az bildirir, Unikal.az portalına istinadən.
Erməniəsilli rusiyalı iş adamı, hazırda ev dustaqlığında olan Samvel Karapetyan "Güclü Ermənistan" Partiyasının sədri seçilib.
"Unikal" xəbər verir ki, bu barədə Partiya məlumat yayıb.
Qeyd edək ki, ötən il hüquq-mühafizə orqanları Samvel Karapetyanı saxlamış, daha sonra məhkəmədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış ittihamı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. İttiham onun kütləvi çıxışında “siyasətçilər bu işi yerinə yetirə bilməsələr, biz öz tərzimizlə müdaxilə edəcəyik” deməsi ilə əsaslandırılıb. O, bu ilin yanvar ayında istintaq təcridxanasından ev dustaqlığına buraxılıb.
S. Karapetyan 4.5 milyard dollar sərvətə malikdir. O, Rusiyada sənaye və tikinti korporasiyası olan “Tashir” qrupun qurucusudur.
Gülayə Mecid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.