AZ

Yıxılan gəncin qarnına dəmir parçası batdı

Abşeronda yeniyetmənin xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Sitat.info xəbər verir ki, Mehdiabad qəsəbə sakini 2009-cu il təvəllüdlü Kənan Kərimov kənd ərazisində yıxılıb.

Bu zaman yerdə olan dəmir parçası onun qarın nahiyəsinə batıb.

Daxilə nüfuz edən xəsarət almış K.Kərimov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Hazırda araşdırma aparılır.

Seçilən
126
1
sitat.info

2Mənbələr