AZ

Əvvəl İrəvanda deyildi, sonra Bakıda qeyd edildi İranla bağlı yeni vəziyyət

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İran və ABŞ rəsmilərinin ard-arda Bakıya səfəri Cənubi Qafqazda yeni geosiyasi dinamikanın formalaşdığını göstərir. Əvvəlcə İranın müdafiə naziri Əziz Nəsirzadənin Azərbaycana gəlişi, ardınca isə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıda yüksək səviyyəli görüşlər keçirməsi regionun iki əsas rəqib gücünün diqqətinin eyni vaxtda ölkəmizə yönəldiyini nümayiş etdirdi.

Xüsusilə İran–ABŞ gərginliyinin davam etdiyi bir dövrdə tərəflərin bu addımı Azərbaycanın diplomatik platforma kimi rolunu ön plana çıxarır.

Bakı regionda dialoq üçün neytral körpü rolunu oynaya bilərmi? İran və ABŞ arasında artan gərginlik müharibəsiz başa çatacaq? Bu səfərlər yeni siyasi konfiqurasiyanın başlanğıcıdır, yoxsa yalnız taktiki diplomatik gedişdir?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, İran və ABŞ rəsmilərinin ard-arda Bakıya səfəri tamamilə iki ölkə arasındakı mövcud gərginliklə bağlı deyil:

“ABŞ-ın konkret olaraq Cənubi Qafqazda strateji layihəsi var və bu layihənin yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələni edir. Vens faktiki olaraq Prezident Donald Trampın varisidir və onun hakimiyyətdən getməsi halında yerinə gələcək əsas fiqurlardan biri hesab olunur. Bu baxımdan onun ölkəmizə səfəri həm də Vaşinqtonun strateji layihəyə verdiyi dəyəri göstərir. Yəni məsələ İranla gərginlikdən daha çox ABŞ-ın TRIPP layihəsi ilə bağlıdır.

Vaqif Hüseyn

Vaşinqtonun gündəmi birmənalı deyil. Bu gün Ermənistan, Azərbaycan və İran episentrində proseslər gedirmiş kimi görünsə də, əslində bunlar ayrı-ayrı gündəmlərdir. ABŞ İranla bağlı məsələləri Ermənistan və Azərbaycanla müzakirə edib, lakin daha dəqiq nələrin danışıldığını biz bilmirik. Bununla belə, bütün səfərin yalnız Tehrana həsr edildiyini demək düzgün olmaz.

İranın müdafiə nazirinin ölkəmizə səfəri müəyyən narahatlıqlarla bağlı idi. Hesab edirəm ki, səfər çərçivəsində bu narahatlıqlar aradan qaldırılıb. Rəsmi Bakı lazım olan məsələləri Tehranın diqqətinə çatdırıb. Bundan əlavə hər hansı xüsusi məqamın olduğunu düşünmürəm”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
globalinfo.az

1Mənbələr