AZ

Maşından oğurluq edib aksesuarlarını apardılar

Abşeron rayonunun Mehdiabad qəsəbəsində avtomobildən oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə bu gün qəsəbənin Məmmədəmin Rəsulzadə küçəsində baş verib.

Naməlum şəxs və ya şəxslər park edilmiş avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitəsinin salonuna daxil olublar. Avtomobildən səs gücləndiricisi və maqnitofon oğurlanıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Zərərçəkmiş şəxs baş verən hadisə ilə bağlı polisə müraciət edib.

Hadisə yerindən kadrları təqdim edirik:

Seçilən
18
far.az

1Mənbələr