AZ

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

Qanunsuz
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 1news.az xəbər verir ki, fevralın 10-u polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı və 10 tüfəng aşkar edib.
Bundan başqa, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

Seçilən
107
49
1news.az

10Mənbələr