AZ

Vətəndaşlara qarşı milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi

Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Aqif Əhmədov ifadə verib:

"2023-cü ilin yayında Əhməd Mütəllimov mənə zəng edərək dedi ki, yaxın adam var ona 2 min dollar (3 min 400 manat) borc pul vermək lazımdı. O, pulu şəxsən Cahangir Qənbərova verdim. Əhməd bildirdi ki, o pulu sənə Cahangir qaytaracaq. Daha sonra pulumu Əhmədə zəng edərək istəyəndə bildirdi ki, Cahangir başıma oyun açıb, məni də külli miqdarda aldadıb". 

Zərərçəkmiş Əhməd Mütəllimov isə bildirdi ki, onun maddi cəhətdən imkanı aşağı olduğundan borcu özü qaytara bilməyib və ona görə zərərçəkmiş şəxsə özü təqsirləndirilən şəxsdən pulu almağı tövsiyyə edib. 

Şahid Rafael İsmayılov bildirib ki, 14 ildi kabel işində idim. Cahangirdən kabelə görə xammal götürürdük. Aluminum əridib. 2020-ci ildən əvvəl təqsirləndirilən şəxslə əməkdaşlıq olmayıb. Qeyd edib ki, 15 min 400 mal alaraq sonradan pul ödəyib. 

Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib. 

Xatırladaq ki, ittihamda bildirilir ki, Cahangir Qənbərov müxtəlif vaxtlarda paytaxt sakinləri – fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından süi-istifadə edərək müxtəlif şərti biznes qurmaq adı ilə aldadaraq onların 2 milyon manatadək pullarını mənimsəyib. 

Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
11
2
unikal.az

4Mənbələr