AZ

Lukaşenko Trampın dəvəti ilə keçiriləcək Sülh Şurasının görüşündə iştirak etməyəcək

Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-da keçiriləcək Sülh Şurası liderlərinin görüşünə dəvət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “KP-Belarus” məlumat yayıb.

Belarus liderinin mətbuat katibi Natalya Eysmontun sözlərinə görə, Lukaşenko Sülh Şurası çərçivəsində keçiriləcək ilk görüşdə iştirak etmək üçün dəvət alıb. Tədbirin Vaşinqtonda keçirilməsi planlaşdırılır.

O bildirib ki, Belarus ABŞ Prezidenti Donald Trampın və Sülh Şurasının dünya münaqişələrinin sülh yolu ilə həllinə yönəlmiş mövqeyini tam şəkildə bölüşür.

Lakin Eysmont əlavə edib ki, dəvət gec daxil olub və həmin dövr üçün Lukaşenkonun iş qrafiki artıq planlaşdırılıb. Onun sözlərinə görə, təxirə salınması mümkün olmayan məsələlər var.

Məryəm Quliyeva

Seçilən
17
1
xalqcebhesi.az

2Mənbələr