AZ

Ukrayna üzrə danışıqlar kəsilir - Avroparlament Rusiyaya qarşı kritik qərar qəbul edir...



Xaqani Cəfərli: "Tərəflər Donald Trampın qəzəbinə tuş gəlməmək üçün danışıqlar aparırlar"

Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi Kiyevə səfər edərək Ukraynaya hərbi dəstəyin təcili artırılmasına çağırıb. Komitə Rusiyanın mülki infrastruktura hücumları davam etdirdiyini bildirib və Ukraynanın “güc yolu ilə sülhə nail olması” üçün dəstəyin vacibliyini vurğulayıb.

11 fevralda Avropa Parlamentində Ukraynaya 90 milyard avro məbləğində Aİ krediti ilə bağlı səsvermə keçiriləcək. Deputatlar Ukraynanın Aİ-nin müdafiə təşəbbüslərində iştirakına və Ukrayna müdafiə sənayesinin Avropa müdafiə sisteminə inteqrasiyasına hazır olduqlarını bildiriblər.

Bu o deməkdirmi ki, Avropa İttifaqı artıq danışıqlara ümidini itirib, Ukrayna məsələsinin yalnız güc yolu ilə həllinə nail olmaq fikrindədir?

Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlamasında bildirib ki, Rusiya ilə Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə gedən danışıqlar tərəflərin sülh istəməsi, sülhə hazır olması ilə bağlı deyil. Onun fikrincə bu danışıqlar yalnız ABŞ prezidenti Donald Tramp istədiyi üçün gerçəkləşir: "Tərəflər Donald Trampın qəzəbinə tuş gəlməmək üçün danışıqlar aparırlar. Əgər Tramp danışqılar proseisindən çıxsa, danışıqlar dərhal dayanacaq. Tramp özü də bir neçə dəfə danışqılar prosesindən çıxacağı ilə tərəfləri təhdid edib. Trampdan başqa heç bir güc Rusiya ilə Ukraynanı danışıqlara vadar edə bilməz. Bunu ən yaxşı bilənlərin arasında Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri də var. Ona görə də Ukraynanın “güc yolu ilə sülhə nail olması” üçün dəstəyin vacibliyini qeyd edirlər. Gerçəklik ondan ibarətdir ki, sülh üçün şərait yaranmayıb. Digər tərəfdən Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri Rusiyanın üstün mövqedə olduğu sülh danışıqlarının nəticələrinin Avropanın ümumi təhlükəsizliyi üçün təhdidlər yaradacağını da bilir. Buna görə də hazırkı mərhələdə Avropanın əsas məqsədi Ukraynanın hərbi imkanlarının artırılmasıdır."

Akif NƏSİRLİ

Seçilən
10
baki-xeber.com

1Mənbələr