AFFA İntizam Komitəsinin son iclasında hakimlərə qarşı hörmətsizlik edən məşqçi ilə bağlı ciddi qərar qəbul edilib.

Offsideplus.az xəbər verir ki, hadisə fevralın 8-də AFFA U-14 Liqası çərçivəsində keçirilən "Qaradağ Lökbatan" – "Araz Bakı UFK" matçından sonra yaşanıb.

Qonaq komandanın köməkçi məşqçisi Ramin Fərruxlu oyunun bitməsindən dərhal sonra qarşılaşmanın hakimlərini təhqir edib.

Bu davranışı səbəbindən İntizam Komitəsi məşqçini 5 oyunluq diskvalifikasiya edib. O, komandasının növbəti 5 matçında texniki zonada yer ala bilməyəcək.