AZ

"Tottenhem" Tomas Frankın baş məşqçi postundan ayrıldığını elan etdi

İngiltərənin "Tottenhem Hotspur" klubu Tomas Frankı baş məşqçi vəzifəsindən azad edib. Oxuməni.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

"Klub kişilərdən ibarət komandanın baş məşqçisini dəyişmək qərarına gəlib və bu gün Tomas Frank vəzifəsindən ayrılacaq.

Tomas 2025-ci ilin iyununda təyin edilmişdi və biz ona gələcək üçün birlikdə işləmək üçün lazım olan vaxtı və dəstəyi verməyə qərarlı idik. Lakin nəticələr və çıxışlar idarə heyətini mövsümün bu mərhələsində məşqçi dəyişikliyinin zəruri olduğu qənaətinə gətirdi.

Klubda işlədiyi müddət ərzində Tomas sarsılmaz sədaqət nümayiş etdirərək, klubun inkişafı üçün bütün gücünü sərf edib. Biz ona töhfələrinə görə təşəkkür etmək və gələcəkdə uğurlar arzulamaq istərdik", - deyə klubun bəyanatında qeyd olunub.

"Tottenhem"in İngiltərə Premyer Liqasında qələbəsiz seriyası səkkiz oyundur. "Tottenhem" 2025/2026 mövsümündə İngiltərə çempionatının turnir cədvəlində 16-cı yerdədir. Komanda 26 oyunda 29 xal toplayıb. Çempionlar Liqasının ümumi mərhələsində "Tottenhem" səkkiz oyunda 17 xal toplayaraq dördüncü yeri tutub və birbaşa 1/8 finala yüksəlib.

Almaz Həsənli

Seçilən
2
oxumeni.az

1Mənbələr