ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ermənistanla Rusiyanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində həyata keçirilən inteqrasiya prosesi bir araya gətirir. Ermənistanın iqtisadi inkişafında yüksək artım tempinin saxlanılmasında Aİİ-nin rolunu heç kim inkar edə bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“Ümid edirik ki, əməkdaşlığımız bundan sonra da davam edəcək. Ermənistanın ABŞ-la nüvə enerjisi sahəsində mümkün əməkdaşlığına gəlincə, məlumdur ki, ölkədə sovet dövründən qalma obyektlər fəaliyyət göstərir və onlar sovet, yəni Rusiya layihəsi əsasında qurulub. Bu baxımdan Rusiya təbii olaraq daha böyük üstünlüklərə və rəqabət qabiliyyətinə malikdir”, – Peskov qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.