AZ

Britni Spirs öz musiqi hüquqlarını satdı

Məşhur ABŞ-li müğənni Britni Spirs özünün musiqi kataloqunun hüquqlarını "Primary Wave" şirkətinə satıb. Bu şirkət Bob Marli, Uitni Hyuston və Con Lennonun əsərlərinin müəllif hüquqları sahibdir.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TMZ portalı məlumat verib.

Müqavilənin dəqiq məbləği açıqlanmır, lakin portalın mənbələrinin məlumatına görə, söhbət təxminən 200 milyon dollardan gedə bilər. Onların sözlərinə görə, Spirs imzalanan "əlamətdar müqavilədən" məmnundur.

2008-ci ildə müğənni narkotik problemləri və ruhi sağlamlığı ilə bağlı narahatlıqlar səbəbindən qismən əmək qabiliyyətini itirmiş elan edilib. O vaxtdan bəri onun milyonlarla dollarlıq trast fondu da daxil olmaqla, maliyyə məsələlərinə atası və məhkəmə tərəfindən təyin olunmuş vəkil nəzarət edir.

2021-ci il noyabrın 13-də ABŞ məhkəməsi atasının qızı üzərindəki qəyyumluğuna xitam verib. "Qremmi" də daxil olmaqla, müxtəlif musiqi mükafatlarının qalibi olan müğənninin sərvəti təxminən 60 milyon dollar dəyərində qiymətləndirilir.

"Cebheinfo.az"

Seçilən
7
cebheinfo.az

1Mənbələr