AZ

 Sərxan Kərəmoğlu: "Allah və qanun səni cəzalandırdı" 

Aparıcı Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova ilə aralarında yaşanan qalmaqaldan danışıb.

Axşam.az xəbər verir ki, S.Kərəmoğlu qarşı tərəfin onun sözlərini yanlış anladığını bildirib:
"Yalan danışan Allahın lənətinə gəlsin! Onsuz da Allah lənətləyib. Mənim haqqıma girib, məni şantaj edərək üzərimdə güc göstərmək istəyənlər qanunla yerində otuzdurulub. Qanun qarşısında hamı bərabərdir. Mən sənin qızını müdafiə etmişəm, ay qadın. Ayıl... Əgər ayılmaq istəmirsənsə, o sənin günahındır. Məni öz aləmində cəzalandırmaq istəyirdin, "müəllim " ərinin əli ilə, nə oldu? Allah və qanun səni cəzalandırdı. Yekə arvadsan, artıq ağzından çıxana fərq qoy. Məndən əl çək... Sən başladın mənim adımı çəkdin və yenə şər atdın. Sən heç mənim yadıma da düşmürsən".
Qeyd edək ki, Rəqsanə ilə Sərxan arasındakı qalmaqala səbəb aparıcının onun qızı haqqında dediyi "Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi. Aysun bir ad xatirinə evlənmiş olsaydı, davam edərdi, uşaq dünyaya gətirərdi və ayrılardı. Aysunda biclik yoxdur" sözlər olub.




Seçilən
20
yenilik.az

1Mənbələr