AZ

Qudam dekolteli geyimlərimi görəndə yazır ki, bu gün nə gözəlsən

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Müğənni Nüşabə Musayeva qonaq olduğu "Tarixin bir günü" proqramında həmkarı Ofelya Şabanovanın ünvanına olduqca sərt ifadələr işlədib. Efir zamanı əsəblərini cilovlaya bilməyən sənətçi, keçmiş həyat tərzi qalmaqallı olan bəzi şəxslərin mənəviyyatdan dərslər keçməsini kəskin tənqid edib.Demokrat.az milli.az-a istinadla xəbər verir ki, həmkarının ona geyimi ilə bağlı irad bildirməsinə dözməyən Nüşabə, efirdə bu sözlərlə "od püskürüb":"Keçmişi sağlam olmayan adam çıxıb namusdan, qeyrətdən danışır. Adam yanıb-tökülür. Min hoqqadan çıxdı, axırda birinin ərini əlindən aldı, uşaq doğdu, oldu arvad. Arağı-çaxırı əlində tutub bakallarla içir, mənə isə deyir yaxanı bağla. Sən, get öz həyatının səhvlərini düzəlt. Qız ərə vermişəm, əri deyir ki, onun qeyrətini sevirəm. Qudam ən dərin dekolteli, yarıqlı geyimlərimi görəndə yazır ki, bu gün nə gözəlsən. Mənə görə narahat olmayın. Ailəm, uşaqlarım, kürəkənim də məni yaxşı tanıyır, bilirdilər müğənni qızı alıblar. Deyirlər ki, bunun kürəkəni hara baxır? Kürəkən mənə nə deyə bilər? O, məni böyüdüb, bu yerə çatdırmayıb ki... Öz arvadına, uşağına ağalıq edə bilər. Bezmişəm!".Müğənni şəxsi həyatına və geyiminə müdaxilə edənlərə mesaj yollayaraq, ailəsinin və doğmalarının hər zaman onun arxasında durduğunu xüsusi vurğulayıb. Sosial şəbəkələrdə sürətlə yayılan bu qalmaqallı çıxış izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
demokrat.az

1Mənbələr