AZ

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib (FOTO)

Bakı. Trend:

Ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidentiMəhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətifevralın 11-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri,müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu HeydərƏliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub,tər çiçəklər düzüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfərparkını ziyarət edərək abidə önünə əklil qoyub. QonaqlaraAzərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixiZəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumatverilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin sədr müaviniMusa Qasımlı və digər rəsmi şəxslər müşayiət ediblər.

Ərəb
Ərəb
Ərəb
Ərəb
Ərəb
Ərəb
Ərəb
Məqalədə:
Seçilən
15
29
az.trend.az

10Mənbələr