AZ

Duracağa qoyulan yol konusları taksi sürücülərinə maneə yaradır VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakı Dövlət Universitetinin yaxınlığında taksi sürücüləri üçün nəzərdə tutulmuş dayanacaq faktiki olaraq istifadəsiz qalıb.

Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Bəxtiyar Vahabzadə küçəsində yerləşən taksi duracağından gedir. İddialara görə, dayanacaq üçün xüsusi yer ayrılsa da ərazidə quraşdırılmış yol nişanları və məhdudlaşdırıcı elementlər səbəbindən taksi sürücüləri həmin sahəyə daxil ola bilmirlər.

Sürücülər bildirirlər ki, bu vəziyyət həm onların fəaliyyətini çətinləşdirir, həm də sərnişinlərin təhlükəsiz minib-düşməsinə mane olur. Nəticədə taksilər məcbur qalaraq yolun hərəkət hissəsində və ya uyğun olmayan yerlərdə dayanır ki, bu da tıxac və əlavə narazılıq yaradır.

Əgər dayanacaq rəsmi olaraq taksilər üçün nəzərdə tutulubsa, onun əlçatanlığının təmin edilməsi vacibdir. Əks halda, həm sürücülər, həm də sərnişinlər üçün əlavə problemlər yaranmağa davam edəcək.

Eltac Zülfüqaroğlu

Oxunub 196

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
avtosfer.az

1Mənbələr