Türkiyənin məşhur aktyoru Kanbolat Görkem Arslan gənc yaşda dünyasını dəyişib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 45 yaşlı aktyor gecə saatlarında Beyoğlundakı evində özünü pis hiss edib. Həyat yoldaşının çağırışı ilə evə təcili yardım heyəti gəlib. Arslan ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb.
Edilən müdaxilələrə baxmayaraq Arslan ürək çatışmazlığı səbəbindən həyatını itirib.
Qeyd edək ki, Kanbolat Görkem Arslan "Çemberimde Gül Oya", "Poyraz Karayel", "Bir Deli Rüzgar" və başqa məşhur seriallarda rol alıb.