AZ

Tanınmış müğənni pensiya məbləğini açıqladı

Türkiyənin tanınmış müğənnisi Hakan Peker təqaüdə çıxıb. Müğənni bu barədə qatıldığı televiziya proqramında açıqlama verib. Metbuat.az xəbər verir ki, sənətçi dövlət tərəfindən məcburi qaydada təqaüdə göndərildiyini bildirib. Peker bu mərhələni bir müddət gecikdirməyə çalışdığını, sığorta ödənişlərini isə bəzən bilərəkdən gec ödədiyini etiraf edib. Sevilən ifaçı təqaüdə çıxmağın onun üçün psixoloji baxımdan asan olmadığını deyib. O, ilk dəfə aldığı təqaüdün məbləğini açıqlayıb. Hakan Pekerin sözlərinə görə, ona ödənilən aylıq təqaüd 20 min türk lirəsi (800 AZN) təşkil edir. Müğənninin bu sözləri cəmiyyətdə maraqla qarşılanıb.

Qeyd edək ki, Türkiyədə minimum pensiya 20 min lirədir. Staja və vəzifəyə görə bu məbləğ 48 min lirəyə qədər arta bilir.

Seçilən
10
metbuat.az

1Mənbələr