AZ

“Qadınların elmdə iştirakı insan inkişaf indeksinin yüksəlməsi üçün vacibdir” - Elməddin Behbud

Fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi qeyd olunur.

"Bu, çox vacib bir mövzudur. Həm kulturoloji, həm sosioloji baxımdan, həm də innovasiyaların tətbiqi nöqteyi-nəzərindən cəmiyyətdə insan inkişaf indeksinin yüksəldilməsi üçün olduqca mühüm məsələdir. Bildiyimiz kimi, qadınların və qızların elmdə iştirakı ilə bağlı BMT Baş Assambleyası 22 dekabr 2015-ci ildə qərar qəbul edib. Həmin qərarda əsas hədəflərdən biri 2030-cu ilə qədər qadın və qızların heç bir maneə olmadan elm sektorunda iştirakının təmin edilməsidir".

Bu fikirləri Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində bu problem mövcuddur və gender bərabərsizliyinin müxtəlif formaları özünü göstərir. Burada demoqrafik, məişət, iqtisadi və sosial amillərlə yanaşı, yerli mental xüsusiyyətlərdən irəli gələn məsələlər də rol oynayır:

"Azərbaycanda isə elm və təhsil sektoruna diqqət yetirsək, görərik ki, qadınların və qızların sayı heç də az deyil, əksinə, bəzi hallarda kişilərlə müqayisədə daha çoxdur. 2025-ci ilin statistikasına əsasən, 115 mindən çox qız bakalavr təhsili alır, təxminən 15 minə yaxın qız isə magistratura səviyyəsində təhsilini davam etdirir. Əlbəttə, Şərqi Avropa ölkələri ilə müqayisədə hər 1000 nəfərə düşən ali təhsilli şəxslərin sayına görə geri qalırıq və bu baxımdan rəqəmlər yüksək görünməyə bilər. Lakin bu göstəricilər heç də aşağı deyil".

 

Pərvanə Fərhadqızı

Seçilən
13
qht.az

1Mənbələr