AZ

“Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim edir

Bakı. Trend:

Azercell korporativ müştərilər üçün nəzərdə tutulmuş “AzercellBiznes” rəqəmsal ekosistemi çərçivəsində İoT və M2M platformasınıtəqdim edib. Platforma müştərilərə IoT və M2M cihazlarının vahidmərkəzdən idarə olunması, real vaxt rejimində nəzarət və əməliyyatsəmərəliliyinin artırılması üçün çevik imkanlar verir.

Yeni həll M2M cihazlarının statusunun və trafik istifadəsininreal vaxt rejimində idarə olunmasını,hovuz internet balanslarınıntənzimlənməsini və xərclərin optimallaşdırılmasını mümkün edir. Buyanaşma müəssisələrə müxtəlif layihələr üzrə əməliyyat risklərininazaldılmasını və resurslardan daha səmərəli istifadə edilməsini dətəmin edir.

IoT və M2M həlli logistika, nəqliyyat, istehsal, maliyyə, satış,neft-qaz, eləcə də ağıllı şəhər layihələri daxil olmaqla bir çoxsahələrdə tətbiq oluna bilər. Platforma müştəri yönümlü, çevikinterfeys, yüksək təhlükəsizlik standartları və genişlənə bilənarxitektura ilə seçilir. Bu xüsusiyyətlər mövcud IoT layihələrininrahat idarə olunması ilə yanaşı, yeni nəsil həllərin də asanlıqlaplatformaya inteqrasiyasını mümkün edir.

Qeyd edək ki, Azercell bu təşəbbüslə ölkədə rəqəmsaltransformasiyanın sürətlənməsinə və ağıllı texnologiyalarıntətbiqinə töhfə verməyə davam edir.

Məqalədə:
Seçilən
22
14
az.trend.az

10Mənbələr