AZ

Azərbaycan millisinin üzvü Premyer Liqada 100-cü matçına çıxıb

Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Turan Tovuz”un kapitanının yubileyi “Karvan-Yevlax”la matça (1:0) təsadüf edib.

O, Misli Premyer Liqasının 19-cu turunun görüşünə start heyətində çıxıb.

F.Hacıyev keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.

25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/2020 mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt edən F.Hacıyev “qırmızı-qaralar”la altı oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.

Qeyd edək ki, F.Hacıyev turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.

İdman.Biz
Seçilən
16
9
idman.biz

10Mənbələr