AZ

Kremldəm Telegramla bağlı AÇIQLAMA

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyada Telegram mesenceri ilə bağlı qərardan təəssüf hissi keçirdiyini bildirib, lakin “qanuna əməl olunmalı olduğunu” vurğulayıb. O, tətbiq edilən tədbirlərin Rusiya hərbçilərinin xüsusi hərbi əməliyyat zonasında rabitəsinə təsir göstərəcəyinə inanmadığını deyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Brifinq zamanı Reuters agentliyinin müxbiri hərbi bloqerlərin narahatlığını səsləndirib. Onların fikrincə, Telegram-ın bloklanması rus hərbçilərinin fəaliyyətinin koordinasiyasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Dmitri Peskov isə bu ehtimala şübhə ilə yanaşıb. O bildirib ki, hərbçilərin hansısa mesencer vasitəsilə rabitə qurduğunu təsəvvür etmək çətindir.

“Bu məsələlər üzrə mütəxəssis deyiləm, sualları Müdafiə Nazirliyinə ünvanlamaq lazımdır. Məncə, cəbhə rabitəsinin Telegram və ya hansısa digər mesencer vasitəsilə təmin olunduğunu təsəvvür etmək çətindir və mümkün deyil. Hər halda, bu barədə mütəxəssislər danışmalıdır”, – deyə o, bildirib.

Peskov əlavə edib ki, Telegram nümayəndələri ilə müəyyən təmaslar aparılır, lakin detalları açıqlamayıb. Onun sözlərinə görə, əgər lazımi reaksiya verilməzsə, Roskomnadzor qanunvericiliyə uyğun tədbirlər görür.

Seçilən
9
1
ikisahil.az

2Mənbələr